2019-cu-ilde-dunyanin-en-tehlukeli-olkelerinin-top-10-lugu

2019-cu ildə dünyanın ən təhlükəli ölkələrinin top-10-luğu

İqtisadiyyat və Sülh İnstitutunun (IEP) beynəlxalq ekspertlər qrupunun sosioloq və iqtisadçıları Sülhsevərliyin Qlobal İndeksini (Global Peace Index) dərc ediblər. Bu dərcin çərçivəsində dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri müəyyən edilib.

İnsider.az IEP-yə istinadla 2019-cu ilin 10 ən təhlükəli ölkəsini təqdim edir:

1. Əfqanıstan

“Sarsıdılmaz azadlıq” əməliyyatı gedişatında 2002-ci ilin əvvəlinə doğru taliban rejimi ləğv edilmişdi. Lakin “Taliban” hərəkatı tam olaraq məhv olunmamışdı.

Rejim çökdükdə sonra müasir Əfqanıstan İslam Respublikası elan olunmuşdu. Buna baxmayaraq, ölkədə əvvəlki kimi vətəndaş müharibəsi davam edir.

2. Suriya

2011-ci ildən bəri Suriyada rəsmi hakimiyyət tərəfdarları (“Baas” və Bəşər Əsəd), silahlanmış müxalifət, kürdlər, izolyasiya edilmiş İŞİD, 2014-cü ildən isə əlavə olaraq daha çox sayda islam yönümlü digər qruplaşmalar arasında vətəndaş müharibəsi gedir.

3. Cənubi Sudan

Cənubi Sudanla Sudanın ərazi və iqtisadi mübahisələri mövcuddur. Münasibətlər hərbi münaqişələrə kimi gərgin olaraq  qalmaqdadır.

Ölkədə malyariya və vəba yayılıb. Beynəlxalq müdaxiləyə baxmayaraq, bir çox sakinlərin ixtisaslaşmış tibbi yardıma çıxışı yoxdur.

4. Yəmən

2011-ci ildə ölkədə inqilab baş verdi. 2014-cü ildən isə “Ənsər Allah” qruplaşması və hökumət qüvvələri arasında hərbi münaqişə gedir.

5. İraq

İraqdakı vətəndaş müharibəsi 2011-ci ilin dekabrında Amerika ordusunun çıxarılma anından davam edir. 

Üstəlik, İŞİD onun 99% ərazilərə nəzarətini itirməsi və məğlubiyyətinə baxmayaraq, İraqda hələ də mövcuddur: təşkilat həm İraqda, həm digər ölkələrdəki teraktlara görə məsuliyyəti üzərinə götürür.

6. Somali

Somali səhiyyə, iqtisadi resurslara çıxış, adi həyat, seksual zorakılıq və insan ticarəti planında qadınlar üçün ən çox risk sayı olan dövlətlərdən biridir.

7. Mərkəzi Afrika Respublikası

MAR dünyanın ən kasıb ölkələrindən biridir.

Ölkədə vətəndaş müharibəsi – MAR hakimiyyəti və üsyançılar (əsasən müsəlmanlar) arasında hərbi münaqişə - gedir. BMT qeyd edir ki, Mərkəzi Afrika Respublikasında dini əlamət üzrə genosid riski olduqca böyükdür.

8. Liviya

2011-ci ildə "Ərəb baharı" zamanı Liviyada antihökümət nümayişləri və çıxışları başladı. Bunların yatırılması qərb ölkələrinin müdaxiləsinə səbəb oldu və nəticədə Müəmmar Qəddafi devrildi və öldürüldü.

Liviya dövlətçiliyi bundan sonra tam şəkildə bərpa olunmadı, möhkəm hökümət formalaşmadı və indiyədək yüksək siyasi qeyri-stabillik səviyyəsi mövcud olaraq qalır.

9. Konqo Demokratik Respublikası

Konqo Demokratik Respublikası səhiyyə, iqtisadi resurslara çıxış, adi həyat, seksual zorakılıq və insan ticarəti planında qadınlar üçün ən çox risk sayı olan dövlətlərdən biridir.

10. Rusiya

Rusiya siyahıda mövcud 163 ölkədən 154-cü yeri tutub. Reytinqinin pisləşməsi Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı kənar münaqişələrdən olan ölüm sayına görədir.

Samirə Məmmədova