2019-cu-ilin-i-yarisi-ucun-az-olke-kodlu-informasiya-resurslarina-qarsi-haker-hucumlarinin-statistik

2019-cu ilin I yarısı üçün “az” ölkə kodlu informasiya resurslarına qarşı haker hücumlarının STATİSTİK ANALİZİ

Əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2019-cu ilin birinci yarısı ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 53 veb resursa hacker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə hücumların 43% artdığını göstərir. 

İnsider.az bildirir ki, hücum olunan veb resursların analizi göstərir ki, onların 19-u informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 34-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevriliblər. Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 50% “Linux ƏS”, 50% isə “Win ƏS” üzərində qurulmuş resurslar olub. Analizlər eyni zamanda bu verb resursların 10-unun dəfələrlə hücuma məruz qalmasına baxmayaraq, çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarıb. 

Hücum həyata keçirilən saytların “Host” olunmasının ölkələr üzrə 51%-i ABŞ, 21%-i Türkiyə, 11%-i Rusiya, 11%-i İngiltərə, 2%-i Azərbaycan, 2%-i Bolqarıstan, 2%-i də Almaniyanın payına düşür. Hücumların 64%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları CYBERO bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir!