2019-cu-ilin-ikinci-rubunde-qlobal-smartfon-satisinin-hecmi-azalib

2019-cu ilin ikinci rübündə qlobal smartfon satışının həcmi azalıb

2019-cu ilin ikinci rübündə qlobal smartfon satışının həcmi 1,7% azalaraq 368 milyon təşkil edib. Bu haqda “Gartner”in proqnozunda deyilir.

İnsider.az xəbər verir ki, Çin smartfonlarına satışına görə ən böyük regional satış bazarı olaraq qalıb: illik hesablama üzrə satışların həcmi 0,5% yüksələrək 101 milyon təşkil edib. Həmçinin Braziliyada müsbət dinamika ( 1.3%) qeydə alınıb.

Digər ölkələrdə 2018-ci illə müqayisədə azalma müşahidə olunub. Məsələn, Hindistanda aprel-iyun aylarında smartfonların satış həcmi 2,3% azalaraq 35,7 milyon təşkil edib. Analitiklər bunu hindistanlı istifadəçilərin düyməli telefonlardan smartfonlara keçməsində qeydə alınan ləngimə ilə izah ediblər.

“Gartner” şirkətinin proqnozuna görə, 2019-cu ilin ikinci yarısında smartfonlara tələbat zəif olaraq qalacaq. Gözləntilərə görə, smartfon bazarının həcmi 1,5 milyard qurğunu ötməyəcək.