Bu il dünyada iqtisadi artımın yarısı Çin və Hindistanın, yalnız 10%-i ABŞ və Avrozonanın hesabına yaranacaq.
Bu qiymətləndirməni çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pierre-Olivier Gurinşa edib.
"Çin və Hindistan birlikdə bu il dünyanın iqtisadi artımının yarısını, ABŞ və Avrozona isə cəmi 10%-ni təmin edəcək", - deyə o, yanvar ayı yeniləmələrinin dərci ilə bağlı Sinqapurda keçirdiyi mətbuat konfransında bildirib.
BVF dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında yenilənmiş hesabatını saytında yayımlayıb.
Sözügedən sənəddə BVF qlobal ümumi daxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 2023-cü ildə 2,9%-ə, 2024-cü ildə isə 3,1%-ə qədər pisləşdirib (2022-də qlobal ÜDM 3,4% artıb). BVF-nin məlumatına görə, 2023-cü ildə Çinin ÜDM-i 5,2% artacaq, cari təqvim ilində Hindistan iqtisadiyyatının artım tempi 5,4% səviyyəsində gözlənilir. Proqnoza görə, bu il ABŞ-ın ÜDM-i, 1,4%, Avrozonada 0,7% artacaq.
Marja