Avropa İttifaqı “Kopernik” İqlim Dəyişiklikləri İnstitutu və Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ilin iyulunu planetin tarixində ən isti ay kimi tanıyıb.
Belə ki, ay üzrə orta temperatur 16,95 dərəcə Selsi olub.
Bu iyul 1850-ci ilə qədərki dövrdən 1,5 dərəcə isti və 1991-ci ildən 2020-ci ilə qədər olan ay üçün orta temperaturdan 0,7 dərəcə isti keçib.
Nəticədə okeanlar əvvəlki 30 illə müqayisədə yarım dərəcə, Şimali Atlantik okeanı isə 1,05 dərəcə istiləşib.
Antarktidada buzlaqların səviyyəsi 15% azalaraq rekord vurub.
Oxu.Az