21-minden-cox-sexse-elillik-teyinati-aparilib-resmi

21 mindən çox şəxsə əlillik təyinatı aparılıb - RƏSMİ

Bu ilin 6 ayında 21 525 şəxsə əlillik təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68 faiz artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.