Müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ölkəmizin hər yerində qeyd edilir.
İnsider.az xəbər verir ki, Cəlilabadın ucqar dağ kəndlərinin birində bu əlamətdar günü daha da yaddaqalan ediblər. Belə ki, uzunluğu 6, eni 3 metr olan üçrəngli bayrağımız 250 metr hündürlükdə yerləşən zirvədə ucaldılıb.
Qeyd edək ki, yaxın günlərdə bayrağın ətrafı abadlaşdırılacaq, yaşıllıqlar salınacaq. Şanlı bayrağımız əbədi olaraq bu zirvədə dalğalanacaq.
Baku TV