Zəif olduğunuz tərəfləri yaxşılaşdırmaq üçün vaxtınızı və gücünüzü sərf etməyin. Bu vaxt itkisidir. Bunun əvəzinə, yaxşı olan bacarığınızı maksimallaşdırmağa bütün vaxtınızı və enerjinizi cəmləndirin.
İnsider.az bildirir ki, bu, "McDonald's" və "Coca Cola" kimi iri şirkətlərlə əməkdaşlıq edən və bu il 20 milyon dollar qazanmağı planlaşdıran "Kiip" mobil reklam şirkətini 19 yaşında təsis etmiş Brayan Vonqun məsləhətidir.
"İlk öncə zəif tərəflərinizi düzəltməmək və ya onları yaxşılaşdırmamaqla özünü təkmilləşdirmək ziddiyətli görünür. Lakin mən səmimi olaraq əminəm ki, böyüdüyümüzdə, yaşa çatmış həyatımızın hansısa anında öz zəif tərəflərimizi, yaxud yaxşı olmadığını düşündüyümüz xüsusiyyətimizi təkmilləşdirməyimizin daha yaxşı anı var", - deyə Vonq bildirir.
Vonq inanır ki, onsuz da güclü olan tərəfinizi yaxşılaşdırsanız, daha böyük investisiya geri dönümü əldə etmiş olarsınız.
Heç kəs hər şeydə yaxşı ola bilməz, ona görə də sizin ən yaxşı təsir etmək fürsətiniz hansısa bir şeydə sözün əsl mənasında yaxşı olmaqdır.
Vonqun supergüc adlandırdığı unikal qüvvənizi müəyyən etdikdən sonra, gücünüzə qiymət verilən və onun orada böyüyəcəyi yeri tapın.
"Mahiyyətcə, siz öz bacarıq dəstinizin və bu bacarıq dəstini daha çox tanıtmaq və daha çox monetizasiya etmək üçün daha əlverişli olan mühit arasında uyğunluğu tapmağa cəhd edirsiniz", - deyə Vonq (Vonq öz uğura doğru ipuclarını öz "Çit-kod" ("The Cheat Code") kitabında verib) bildirir.
Samirə Məmmədova