3-milyonluq-teklif-azerbaycan-sirketinden

3 milyonluq təklif - Azərbaycan şirkətindən

Türkiyənin məhşur serialı olan "Çuxurova" serialının baş qəhrəmanlarından olan Hilal Altınbileyə Azərbaycanda reklama çəkilməsi təklif edilib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa yaxın vaxtlarda Türkiyə bazarına çıxarılacaq Azərbaycanın məşhur çərəz markasının reklamına dəvət edilib. Reklam üçün 3 milyon lirə (təqribən 900 min manat) təklifi alan aktrisa dəvəti qəbul edib. Hilal Altınbileyin yaxın vaxtlarda çəkiliş üçün Bakıya gedəcəyi açıqlanıb

Qeyd edək ki, aktrisaya bu təklifi edən şirkətin adı isə hələlik açıqlanmayıb.