3-yeni-dost-merkezi-acilacaq

3 yeni DOST mərkəzi açılacaq

2020-ci ildə Azərbaycanda yeni Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin açılması nəzərdə tutulub.

İnsider.az xəbər verir ki,unu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, gələcəkdə regionlarda 3 yeni DOST mərkəzi açılacaq:

“Hesab edirik ki, DOST mərkəzləri şəbəkəsi növbəti illərdə də genişlənəcək və Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bu cür mərkəzlərin yaradılması sosial sahədə uğurlu islahatların və “Bir pəncərə” elektron sisteminin təkmilləşməsinin göstəricilərindən biridir”.

© Trend