4-fevral-dunya-xercengle-mubarize-gunudur

4 fevral - Dünya Xərçənglə Mübarizə Günüdür

Əsrin xəstəliyi olaraq tanınan xərçəngdən dünyada hər il təqribən 10 milyon insan həyatını itirir. Sosial fərqindəliyin artırılması və bu xəstəliyə qarşı diqqəti cəlb etmək üçün 4 Fevral Ümumdünya Xərçənglə Mübarizə Günü olaraq qeyd edilir.

Xərçənglə Mübarizə Təşkilatı (UICC) Ümumdünya Xərçəng Günü ilə əlaqədar xəstəlik haqqında məlumatlılığı "Qərarlıyam və bacaracağam" şüarı altında artırmaq üçün tədbirlər həyata keçirir. Xərçəng qarşısı alına bilən xəstəlikdir və xərçəng hallarının üçdə biri düzgün müalicə ilə aradan qaldırıla bilər.

İnsider.az xəbər verir ki, ətraf mühit amillərinin xərçəngin meydana gəlməsində 90-95% təsiri olur. Qidalanma, oturaq həyat tərzi, tütün və alkoqol istifadəsi və günəş işığının zərərli təsiri kimi ətraf mühit amillərinə nəzarət xərçəngə yoluxma ehtimalını azaldır. Buna görə də, sağlam həyat tərzi ilə xərçəngdən qorunmaq mümkündür.

Erkən diaqnozla bir çox insan xərçəngə qalib gəlir. Ona qalib gələnlər isə yeni həyat adlandırdıqları yaşamlarına xoşbəxt şəkildə davam edirlər.

Gültən Hacıyeva