40 yaşından az olan ən uğurlu rusiyalı məşhurların arasında ən çox idman və şou-biznes ulduzları qazanır.
“Forbes”-in 2019-cu ildə məşhurlar reytinqini gənc reper, bloger və idmançılar tamamlayıb. Lakin yeni gələnlərdən heç biri daha təcrübəli idman və pop-musiqi ulduzlarına rəqib çıxa bilmir. Reytinqin bütün top-3-lüyünü dünyada tanınan rusiyalı atletlər – xokkey oyunçusu Aleksandr Oveçkin, döyüşçü Həbib Nurməhəmmədov və qadın tennisçisi Mariya Şarapova tutub. Onların ardınca daha bir xokkey oyunçusu Nikita Kuçerov və rep-maqnat Basta sırada yer qazanıb. Top-10-luğun ikinci yarısına Rusiya futbol yığmasının kapitanı Atyom Dzüba düşüb. Sıranı davam edən pop-ulduzlar Dima Bilan, Polina Qaqarina, Yeqor Krid və Olqa Buzovadır.
Ən yüksək gəlirli məşhurlar barədə daha ətraflı qalereyamızda tanış ola bilərsiniz.
Aleksandr Oveçkin, 33 yaş
Fəaliyyət sahəsi: xokkey
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 3
Gəliri: 14,5 milyon dollar
• “Washington Capitals” klubunda 13 il müddətində 124 milyon dollar əldə edəcək.
• Kommersiya baxımından ən uğurlu rusiyalı xokkeyçidir – “Nike”, “Beats”, “Papa John's”, “Coca-Cola”, “CCM” və digər brendlərlə reklam müqavilələri ona ildə 4,5 miyon dollar gəlir gətirir.
• Ötən ilin oktyabrında “Wargaming” video oyunlar istehsalçısı isə Oveçkinin partnyoruğu elan edilib. Şirkət idmançının surətini “World of Warships” oyununun bir neçə personajının vizuallaşdırılması və səsləndirilməsi üçün istifadə edib.
Həbib Nurməhəmmədov, 30 yaş
Fəaliyyət sahəsi: qarışıq döyüş
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 1
Gəliri: 11,5 milyon dollar
• Ötən ilin oktyabrında səs-küylü dava ilə yekunlaşmış (Həbib daha sonra liqa üçün 750 min dollar məbləğində rekord cərimə ödəmişdi) Konor Makqreqoqrla uzun zaman gözlənilən döyüş Həbibi dollarlı multimilyonçu edib və onun “Instagram”-dakı abunə sayını iki qat artırıb (döyüşə 12 saat qalmış 6,5 milyon, cari ilin martında 14 milyon, bugün isə 15,4 milyon nəfər).
• Nurməhəmmədovun sponsor portfelini təzəlikcə “Gorilla” energetik içki istehsalçısı və “Toyota” avtomobil şirkəti tamamlayıb.
Mariya Şarapova, 32 yaş
Fəaliyyət sahəsi: tennis
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 11
Gəliri: 8,5 milyon dollar
• Mariya Şarapovanın “Sugarpova” brendi altında biznesi var – biznes çeynənən konfet və şokoad istehsalatı ilə bağlıdır. “Investors' Digest” jurnalının yazdığına görə, 500 000 start kapitalı 2019-cu ilə 20 milyon dollarlıq dövriyyəsi olan şirkətə çevrilib.
• “Maria Sharapova Foundation” fondu BMT-nin xeyriyyə proqramlarında iştirak edir.
Nikita Kuçerov, 26 yaş
Fəaliyyət sahəsi: xokkey
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 16
Gəliri: 7,1 milyon dollar
• 2013-cü ildən bəri Kuçerov “Tampa” üçün oynayır və artıq bir neçə dəfə müqaviləsini yeniləyib. Yeni 76 milyon dollar məbləğində 8-illik razılaşma 2019/2020 sezonunda başlayır.
• 2019-cü ildə Kuçerov “Adidas”-la uzun müddətli saziş bağlayb, cəmdə isə sponsor müqavilələri (daha “HypSports”, “Geico”, “Bauer”, “Tokenstars”) xokkey oyunçusuna ildə 1,5 milyon dollar gətirir.
Basta, 39 yaş
Fəaliyyət sahəsi: rep
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 5
Gəliri: 6,9 milyon dollar
• Musiqi reperin yeganə gəlir mənbəyi deyil – Basta prodüser, aktyor və rejissor kimi də çıxış edir. Rusiya repi və xip-xopu buraxan “Gazgolder” səsyazma leyblının təsisçisidir. Bundan başqa eyni adlı brend altında geyimin satışını da icra edir.
• 2019-cu ilin iyun ayında “Otkrıtiye” Maliyyə Korporasiyasının səfiri olub. Müqavilənin dəyəri 200 000-250 000 dollar məbləğində qiymətləndirilir.
Dima Bilan, 37 yaş
Fəaliyyət sahəsi: pop-musiqi
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 6
Gəliri: 6,5 milyon dollar
• İki dəfə “Avroviziya” musiqi müsabiqəsində iştirak edib – 2006-cı ildə 2-ci, 2008-ci ildə isə 1-ci yeri tutub.
• 2019-cu ildə “Mercedes-Benz” brendinin səfiri olub. “Forbes”-un sorğuladığı ekspertlərin qiymətləndirməsinə görə, müqavilə məbləği 200 000 dollardan çox ola bilər.
Artyom Dzüba, 30 yaş
Fəaliyyət sahəsi: futbol
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 9
Gəliri: 5,4 milyon dollar
• 2019-cu ilə məşhur agent Jorje Mendeşin şirkətilə (onun müştəriləri arasında Kriştianu Ronaldu da var) xarici kluba keçid barədə danışıqlar üçün müqavilə bağlayıb. Dzüba özü İngiltərə premyer-liqasında öz gücünü sınamağı arzulayır.
Polina Qaqarina, 32 yaş
Fəaliyyət sahəsi: pop-musiqi
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 10
Gəliri: 5,3 milyon dollar
• Ötən ilin əvvəində Qaqarina ölkə başçısı Vladimir Putinin etibar etdiyi şəxs qismində qeydiyyata alınıb və “Putin Team” hərəkatının tərkibinə daxil olub.
• 2018-ci ildə “Çornıy jemçuq” və “Danone” ilə reklam müqavilələri imzalayıb. Bu miqyasda müqavilənin dəyərini “Frobes”-un soröuladığı ekspertlər 200 000 dollar civarında qoiymətləndirir.
Yeqor Krid, 25 yaş
Fəaliyyət sahəsi: pop-musiqi
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 4
Gəliri: 4,8 milyon dollar
• Rusiyada qoz emalı üzrə ən iri fabrikin sahibi – biznesmen Nikolay Bulatkinin ailəsində dünyaya göz açıb.
• 2019-cu ilin martında “Black Star”-la müqaviləsinin uzadılmasını dayandırıb. İyun ayında “Warner Music Russia” ilə distribusiya razılığı imzalayıb.
• Milyarder Boris Rotenberq və onun yoldaşı Karina ilə dostdur.
Olqa Buzova, 33 yaş
Fəaliyyət sahəsi: televiziya / pop-musiqi
“40-dan 40-a” ulduzların reytinqindəki yeri: 2
Gəliri: 4,4 milyon dollar
• Buzovanın “Instagram”-dakı hesabı rusiyalı məşhurların arasında ən populyarıdır — 16 milyondan çox abunəsi var.
• 2018-ci ilin yazında öz fərdi “Buzcoin” kriptovalyutasının buraxılışını və ICO –da 87 milyon dollar toplamaq niyyəti barədə elan edib. Eyni vaxtda Moskvanın mərkəzində “BuzFOOD” restoranını aç.
• Bir neçə iri brendlərin reklam kampaniyalarının siması qismində çıxış edir. Onların arasında “Rayffayzenbank”, “Head & Shoulders” (Procter & Gamble), “Johnson & Johnson” və s. müqavilələri var. “Forbes”-un qiymətləndirməsinə görə, müqavilələrin məbləği 200 000-dən 500 000 dollara qədər dəyişir.
Samirə Məmmədova