40-dan-cox-olke-suni-intellektin-istifadesine-dair-raziliga-gelib

40-dan çox ölkə süni intellektin istifadəsinə dair razılığa gəlib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil ölkələr, həmçinin daha altı ölkə (Argentina, Braziliya, Kosta-Rika, Kolumbiya, Peru və Rumıniya) süni intellektlə bağlı əsas davranış prinsiplərini razılaşdırıblar.

İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.

Süni intelekt sahəsindəki tərtibatlar şəffaf aparılmalı və onlarla təchiz olunmuş sistemlər müvafiq markalanmaya malik olmalıdırlar. Bu barədə mayın 22-i İƏİT ölkələrinin nazirlərinin Parisdəki müşavirəsi zamanı təşkilatın bəyanatında qeyd olunub.

Bundan başqa, süni intellekti istifadə edən sistemlər “etibarlı və stabil işləməli, potensial risklər üzrə daimi yoxlanmadan keçməlidirlər”. Sənəddə deyilir ki, belə sistemlərlə çalışan təşkilatlar və şəxslər bu prinsinlərə əməl etməməyə görə məsuliyyət daşıyırlar.

İƏİT tövsiyyələri hüquqi olaraq məcburi sayılmır.

“Süni intellekt həyatımızı və əmək fəaliyyətimizi kökündən dəyişir”, - İƏİT rəhbəri Anxel Qurria bildirib. Bununla belə, onun sözlərinə görə, süni intellekt iqtisadiyyata və cəmiyyətə bir çox üstünlüklər verir.

Samirə Məmmədova