50-olkeye-tecili-maliyye-yardimi-edildi

50 ölkəyə təcili maliyyə yardımı edildi

Beynəlxalq Valyuta Fondu (BVF, IMF) 189 üzvünün 50-sinə koronavirus epidemiyası ilə mübarizə aparmaları üçün təxminən 18 milyard dollar təcili maliyyə yardımı ayırmaq qərarı qəbul edib.

İnsider.az xəbər verir ki, IMF-nin sözcüsü Gerry Rice, əlavə 50-dən çox ölkənin də müraciətlərinin qiymətləndirildiyini açıqlayıb.

Rice müraciətləri qiymətləndirilən ölkələrin hamısının adını verməyib.