501-menzil-satisa-cixarilir-ayliq-138-manatdan

501 mənzil satışa çıxarılır – AYLIQ 138 MANATDAN

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış kompleksi üzrə 501 mənzilin güzəştlə satışa çıxarılacağını elan edib.

İnsider.az xəbər verir ki, satış 18 Dekabr 2020 - 28 Dekabr 2020 dövründə həyata keçiriləcəkdir.

1 otaqlı mənzilin qiyməti 32 min 215 manatdan, 2 otaqlı mənzilin qiyməti 42 min 415 manatdan, 3 otaqlı mənzilin qiyməti 57 min 120 manatdan başlayır.

Mənzil ipoteka krediti ilə alındıqda aylıq ödəniş otaq sayından asılı olaraq 138 manat – 268 manat civarında dəyişəcəkdir.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər müraciət edə bilərlər.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər. 

Marja