54-min-hektar-mese-dusmen-terefinden-tamamile-mehv-edilib-resmi

54 min hektar meşə düşmən tərəfindən tamamilə məhv edilib - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə işğala qədər 260,3 min hektara yaxın meşə fondu olub.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib. 

O bildirib ki, bunun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü olub:

“Ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb. İlkin araşdırmalar zamanı “Azərkosmos”dan çəkilmiş fotolara əsasən deyə bilərik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv olunub.

Həmin ərazilərdə Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə olub. Bu ilkin məlumatlara görə hesablanan nəticələrdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da yaşıllıq ərazilər olub. Vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq bu rəqəmlərə çatmaz. Təbiətimizi məhv ediblər”.