60-dan-cox-olkeden-efqanistanla-bagli-beyanat

60-dan çox ölkədən Əfqanıstanla bağlı BƏYANAT

60-dan çox ölkənin səlahiyyətliləri birgə bəyanat verərək Əfqanıstanı tərk etmək istəyən əcnəbilərin və əfqanların təhlükəsiz şəkildə ölkədən çıxmasını istəyiblər.

Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Müraciəti dəstəkləyən ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan və başqaları var.

“Təhlükəsizlik vəziyyətinin pisləşdiyini nəzərə alaraq, bütün tərəfləri ölkəni tərk etmək istəyən əcnəbi vətəndaşların və əfqanların təhlükəsiz və nizamlı şəkildə gedişinə hörmət etməyə və bunu asanlaşdırmağa çağırırıq”, - deyə qeyd edilir.

Bəyanatı imzalayan dövlətlər, həmçinin İslam respublikasındakı yolları, hava limanlarını və sərhəd keçidlərini bağlamamağı xahiş ediblər.

Qeyd edək ki, 15 avqustda “Taliban” Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan edib.