95 yaşında olan Çarli Manger daha çox Vorren Baffet əfsanəsinə investisiya edən şəxs kimi tanınır.
"Forbes"-un məlumatına əsasən, "Berkshire Hathaway"-in vitse-sədri kimi Manger 1,7 milyard dollara sahibdir.
Baffetlə olan rolu ilə yanaşı, Manger "Daily Journal Corp." nəşriyyatının sədri və iri pərakəndə şəbəkəsi olan "Costco" direktorlar şurasının üzvüdür.
Mangerin istənilən standarta görə olduqca uğurlu və uzun həyatı olub. Onun, demək olar ki, bir əsr yaşı var.
Ötən həftə "The Daily Journal"-ın Los-Ancelesdəki illik görüşündə Mangerdən bu səyahət barədə düşünmək xahiş olundu.
"Bugün çoxlu suallar oldu - insanlar həyatın, uzun və xoşbət həyatın sirrini öyrənmək istəyirdilər", - deyə "CNBC" reportyoru Bekki Kvik Mangerə söyləyir.
Manger Kvikə cavab verir ki, sirr "asandır, çünki sadədir". Sonra isə həyat dərsini qısa şəkildə çatdırır:
"Sənin o qədər də çox paxıllığın yoxdur".
"Sənin kinin azdır".
"Sən bədxərc deyilsən".
"Problemlərinə baxmayaraq, gümrah qalırsan".
"Etibarlı insanlarla iş görürsən".
"Və sən etməli olduğunu edirsən".
"Və bütün bu sadə qaydalar həyatınızı daha yaxşı etmək üçün belə gözəl çalışır".
O, reseptinin məntiqli olduğunu söyləyir.
"Şən qalmaq müdrik şərtdir", - deyə Manger bildirir və əlavə edir ki, bunun üçün mənfi hislərdən qurtulmaq lazımdır.
Samirə Məmmədova