ABŞ-da 96 yaşlı yerli sakin Roy Enqlert 95-99 yaşlı atletlər arasında 5 min metrlik qaçışda rekord vurub. İnsider.az bunu “Runners World”-ə istinadla xəbər verir.
Yarışlar Ayova ştatında keçirilib. Yaşlı atlet 42 dəqiqə 30,23 saniyəyə 5 kilometrlik məsafəni qət edib.
Qeyd edək ki, ona qədər rekordsmen eyni məsafəni 50 dəqiqə 10,56 saniyəyə qət etmiş Frenk Livayn idi.