Yaponiyanın metallurgiya şirkəti "JFE Holdings", Çinin ən böyük metallurgiya şirkəti "BaoWu Steel Group Corporation Limited" ilə şirkətin törəməsi "Guangdong Shaoguan Iron and Steel Songshan" (SGIS) şirkətinin 50%-ini almaq üçün razılaşıb.
İnsider.az xəbər verir ki, "JFE Holdings"dən verilən açıqlamaya görə, cəmi 98.2 milyard dollar təşkil etməsi gözlənilən satınalma əməliyyatının Mart ayı sonunda tamamlanması nəzərdə tutulur.
Şirkətin açıqlamasında, Yapon şirkətin sərmayəsi ilə qurulacaq yeni zavodun ildə 1.1 milyon ton çubuq polad istehsal gücündə olacağı və Çindəki tələbin ödənilməsinin hədəfləndiyi qeyd edilib.
JFE, Çində istehsalı olan Yaponiyanın avtomobil istehsalçılarının ehtiyacları olan və hələ də Yaponiyadan göndərilən poladları istehsal etməyi planlaşdırır. JFE, bu sərmayə ilə Çində istehsal edən ilk Yaponiya metallurgiya şirkəti olacaq.
Marja