a-qrup-sigorta-nin-xalis-menfeeti-artib

"A-Qrup Sığorta"nın xalis mənfəəti artıb

Əsasən tibbi sığorta ürə ixtisaslaşmış “A-Qroup Sığorta Şirkəti” ASC 2020-ci ili 2 milyon 813 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 1 milyon 625 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti 558 min manat və ya 34,3% artıb.

Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “A-Qroup Sığorta”nın cəmi gəlirləri 12% artaraq 17 milyon 232 min manat, cəmi xərcləri isə 2,7% artaraq 13  milyon 716 min manat təşkil edib. 2019-cu ildə şirkətin cəmi gəlirləri 15 milyon 381 min manat, cəmi xərcləri isə 13 milyon 350 min manat təşkil etmişdi.

2019-cu illə müqayisədə 2020-ci ildə “A-Qroup Sığorta”nın topladığı sığorta haqları təxminən 12,7% artaraq 17 milyon 54 min manat, sığorta ödənişləri isə 0,7% artaraq 8 milyon 476 min manat təşkil edib.

Toplanan sığorta haqlarının 13%-ə yaxın artmasına qarşılıq sığorta ödənişlərinin cüzi artması “A-Qroup Sığorta Şirkəti”nin mənfəətinin artmasının səbəblərindən biridir.