ab-den-belarusa-yeni-sanksiyalar-gozlenilir

AB-dən Belarusa yeni sanksiyalar gözlənilir

Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Belarusa yeni sanksiyalar üçün bu gün qərar verəcəyi gözlənilir.

Bu gün Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri Lüksemburqda toplaşacaq. Marja xəbər verir ki, yığıncağın gündəliyindəki əsas məsələ Belarusa sanksiyaların tətbiq edilməsidir. 

AB nazirlərinin, keçən ay Afina-Vilnius reysini həyata keçirərkən bomba xəbərilə əlaqədar Belarusun paytaxtı Minskə endirilən sərnişin təyyarəsindəki müxalif jurnalist Roman Protaseviçin həbs edilməsi səbəbilə bu ölkəyə yeni sanksiya tətbiq edilməsinə qərar veriləcəyi gözlənilir. Sanksiyaların təyyarənin endirilməsində rolu olan 80-ə yaxın adam və təşkilatı əhatə etməsi planlaşdırılır.

Buna əlavə olaraq nazirlər, Belarusun bank və neft-kimya kimi sektorlarını hədəf alan iqtisadi sanksiyaları da müzakirə edəcəklər. Bu sanksiyaların 24-25 İyundakı AB Liderlər Zirvəsi əvvəlində tam hazır olması gözlənilir.