“ABI Research” konsaltinq şirkətinin analitikləri hesab edir ki, “ICO” bazarının süqutuna baxmayaraq, çoxu vençur firmaları və bölüşdürülmüş reyestr texnologiyasının infrastruktur inkişafı sayəsində blokçeyn texnologiyası sahəsindəki investisiyalar artmaqda davam edir.
İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.
“Əksər ölkələrdə kriptovalyutaların tənzimlənməsi və vergiqoyulmasının sərtləşdirilməsi investorları “ICO”-nun çərçivəsindən kənara çıxmağa və blokçeyn infrastrukturunun inkişafı üzərində çalışan startaplara daha stabil vençur investisiyaların yatırılmasını seçməyə vadar edir”, - analitiklərin esabatında deyilir.
Ekspertlər hal-hazırda blokçeynin praktiki olaraq maliyyə və sığorta sahələrindən kənar istifadə olunmadığını, lakin bu vəziyyətin 2021-ci ildə dəyişəcəyini və 2023-cü ilə isə bu sahədən gələn gəlirin 10 milyard dollara çatacağını vurğulayıblar.
Samirə Məmmədova