abid-serifov-bacim-qizinin-basina-das-dussun

Abid Şərifov: Bacım qızının başına daş düşsün

Rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər yayılıb.

Məsələ ilə bağlı Manset.az baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O, açıqlamasında belə halları pisləyib.

“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır”.