abs-braziliyaya-qapilarini-bagladi

ABŞ Braziliyaya qapılarını bağladı

ABŞ, yeni növ koronavirus (Kovid-19) epidemiyasının Latın Amerikadakı mərkəzi olan Braziliyadan ölkəyə girişlərin dayandırıldığını açıqlayıb.

İnsider.az xəbər verir ki, Ağ Evin spikeri Kayleigh McEnany, Braziliyadan ABŞ-a girişlərin təxirə salınmasına dair yazılı açıqlama yayıb.

Açıqlamada, "Prezident bu gün Braziliyadan ABŞ-a girişləri təxirə salaraq ölkəmizi qorumaq üçün qərarlı bir addım atdı" ifadələri yer alıb.

Braziliyada koronavirusa yoluxduğu aşkar edilənlərin sayı 350 mini keçib.

Braziliyadan ABŞ-a gəlmək istəyən şəxslərin ölkədəki epidemiyanı daha da artıracaqlarından narahat olduqlarını qeyd edən Ağ Evin spikeri, məhdudlaşdırmanın ABŞ vətəndaşlarına şamil edilməyəcəyini və iki ölkə arasındakı ticarətin davam edəcəyini qeyd edib.

Braziliya 357 mindən çox xəstə ilə ABŞ-ın ardından 2-ci yerdədir. Ölkədə koronavirusdan 22 min nəfərdən çox adam ölüb.

Marja