abs-brent-neftin-qiymetine-dair-proqnozunu-cuzi-artirib

ABŞ “Brent” neftin qiymətinə dair proqnozunu cüzi artırıb

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) “Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnozunu 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.

Bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir.

2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu isə 60,01 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, “WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.

EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq. Buna səbəb ilin ilk yarısında xam neftə olan tələbatın artması olacaq.

© “Report”