Ticarət müharibəsində gərginliyin davam etməsilə ABŞ-da pərakəndə satıcıların 2019-da Asiyadan oyuncaq alışlarını ciddi ölçülərdə azaltdığı bildirilir.
Insider.az xəbər verir ki, Çin zavodlarında ilin üçüncü rübü adətən ən gərgin dövr olur və "Barbie"dən miniatür yük maşınılara qədər bir çox oyuncaq növü okeanı aşaraq bütün tətil vaxtları üçün ABŞ-a çatır. Ancaq bu il vəziyyət fərqlidir.
ABŞ Prezidenti Donald Tramp 160 milyard dollar dəyərindəki ağıllı telefonlar və oyuncaqlara əlavə gömrük tariflərini ABŞ-ın pərakəndə satıcıların işini çətinləşdirməsin deyə təxirə salmasına baxmayaraq, pərakəndə satıcılar bu vəziyyətdən çoxdan zərər görüblər. Sənaye nümayəndələrindən əldə olunan məlumatlara görə, "Walmart Inc." kimi nəhəng topdan oyuncaq satan tşirkətlər ticarət müharibəsinə qarşı qeyri-müəyyənliklər görə ehtiyatlarını çoxdan görüblər (əvvəlcədən alıb anbarı doldurublar)
Çinin oyuncaq istehsalçısı "Pinghu Mijia Product Co"nun Xarici ticarət meneceri Castin Yu, "Bu çətinliklərə sinə gərəcəyik, amma təsiri böyük olacaq" deyib.
Yu, ABŞ-ın yaratdığı kəsiri bağlamaq üçün Avropa, Orta Asiya və Afrikada yeni alıcılar axtardıqlarını bildirib. Şirkət, gəlirlərində Şimali Amerikanın payını aşağı salmağı planlaşdırır.
"Bloomberg" tərəfindən toplanan məlumatlara görə, ticarət müharibəsinin baş verdiyi ötən il Şimali Amerikalı pərakəndə satıcılar Asiyadan alışlarını 2018-in ikinci rübündə 7.9 faiz artırıblar. Bu artım 2019-cu ildə əhəmiyyətli dərəcədə azalaraq 2019-un ilk rübündə 0.2 faiz səviyyəsində olub.
©Marja