ABŞ Maliyyə Nazirliyi dövlət büdcəsinə dair məlumatları açıqlayıb.
İnsider.az xəbər verir ki, məlumata görə, 1 Oktyabr 2020-də başlayan və 30 Sentyabr 2021-də sona çatacaq 2021-cu maliyyə ilinin dekabr ayında federal hökumətin büdcə kəsiri 144 milyard dollar təşkil edib.
Federal hökumətin, bir əvvəlki ilin eyni ayında 13 milyard dollarlıq büdcə kəsiri yaranmışdı. Beləliklə, büdcə kəsiri, keçən ay bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 10 dəfədən çox artıb.
Büdcənin dekabrda 200 milyard dollarlıq kəsiri olacağı proqnozlaşdırılırdı.