abs-da-30-min-insan-texliye-edilecek

ABŞ-da 30 min insan təxliyə ediləcək

ABŞ-ın Kaliforniya ştatının El-Dorado dairəsində baş verən “Kaldor” yanğını səbəbindən təxminən 30 min insan təxliyə edilib.

Bu barədə əyalət qubernatorluğunun məlumatında deyilir.

Kaliforniyanın şərqindəki Syerra-Nevada dağlıq bölgələrində avqustun ortalarında başlayan yanğın yaşayış məntəqələrinə yaxınlaşmağa başlayıb.

Yanğının Taho gölü bölgəsində turistlərin istirahət etməyi sevdikləri kurort bölgəsinə yayılma ehtimalı var. Bu ərazidən də insanlar köçürülür.

Fövqəladə hallar xidmətləri yanğının 20 minə qədər binanı məhv edə biləcəyini təxmin edir.

Kaliforniyada meşə yanğınları ilə bağlı vəziyyət çətin olaraq qalır.

31 avqust -17 sentyabr tarixləri arasında ştatda meşəlik ərazilərə getmək qadağan edilib.

TASS