abs-da-aktiv-neft-qazma-qurgularinin-sayi-azalib

ABŞ-da aktiv neft qazma qurğularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə 5 ədəd azalıb.

Insider.az  xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7-13 Sentyabr həftəsində bir əvvəlki həftə ilə müqayisədə 5 azalaraq 733-ə geriləyib.

Dünənki yekunda Brent neftin barrel qiyməti 60,44 dollarda, Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 54,78 dollarda bağlanıb. 

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.

Aktiv qazma qurğularının sayının artması yeni neft quyularının istifadəyə veriləcəyi deməkdir. Quyuların sayının artması hasilatın da artması ilə nəticələnə bilər. 

©Marja