abs-da-covid-19-dan-olum-sayi-ii-dunya-muharibesindeki-itkileri-kecdi

ABŞ-da COVID-19-dan ölüm sayı II Dünya Müharibəsindəki itkiləri keçdi

ABŞ-da COVID-19-dan ölüm sayı ölkədə II Dünya Müharibəsindəki hərbi itki sayını ötüb.

Bu barədə “USA Today” ölkənin müvafiq qurumunun hesabatına itinadən məlumat yayır.

Bildirilir ki, İkinci Dünya Müharibəsi zamanı 291 557 amerikalı döyüşdə öldürülüb. Koronavirus nəticəsində, Con Hopkins Universitetinin verdiyi məlumata görə, ABŞ-da 292 141 nəfər ölüb.

Bundan əlavə, çərşənbə günü universitetin verdiyi məlumata görə, koronavirus nəticəsində ABŞ-da 3 124 nəfər ölüb. Bu, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda 2,9 mindən çox insanın ölümü ilə nəticələnən terror hücumundakı və ABŞ-ın 7 dekabr 1941-ci ildə 2,4 min insanın öldüyü “Pearl Harbor”a hücumlardakı itkilərindən çoxdur .

Ümumilikdə, universitetin hesablamalarına ​​görə, ABŞ-da 15,6 milyondan çox koronavirus infeksiyası qeydə alınıb, 5,9 milyondan çox xəstə müalicə olunub.