abs-da-etiraz-ve-ixtisaslar-davam-edir-video

ABŞ-da etiraz və ixtişaşlar davam edir - VİDEO

ABŞ-da yeni Prezident Baydenin andiçmə mərasiminin keçirildiyi gün ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bəzi hallarda etirazçılar iğtişaş törətmək və polislə toqquşmaqdan da çəkinməyiblər.

Oreqon ştatının Portlend şəhərində etirazçılarla polis arasında gərginlik yaşanıb.

“Origonlive” portalının yaydığı məlumata görə, 200 nəfərədək etirazçı Demokratlar partiyasının ofisini daşqalaq edərək şüşələri sındırıb, binaya ciddi zərər vurublar. Onlarda bir neçəsi həbs olunub.

Demokratlar Partiyası hadisə ilə bağlı bəyanat yayıb. “Baş verən hadisələrdən təəssüflənirik. Bu gün Amerika üçün sevincli bir gündür və heç bir hadisə bu günün sevincinə kölgə sala bilməz”, - deyə bəyanatda bildirilib.

Florida ştatının Talaxassi və Corciya ştatının Atlanta şəhərlərində də analoji etiraz aksiyalarının keçirildiyi bildirilir.