abs-da-google-sirketi-ile-bagli-antiinhisarciliq-arasdirmalarina-baslanilacaq

ABŞ-da "Google" şirkəti ilə bağlı antiinhisarçılıq araşdırmalarına başlanılacaq

ABŞ-ın baş prokurorları gələn həftə “Google” şirkətinə qarşı antiinhisarçılıq qanunvericiliyinin pozulması şübhəsi ilə bağlı istintaq araşdırmalarına başlamağa hazırlaşır.

İnsider.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, araşdırma ABŞ-ın baş prokurorlarının yarısından çoxunun tələbi əsasında baş tutacaq və gələn həftənin ilk günündə bu barədə məlumat veriləcək.

Qəzet bildirir ki, belə bir araşdırmaların “Amazon” və “Facebook” kimi digər texnologiya nəhənglərinə qarşı da başlayıb-başlamayacağı məlum deyil. Belə ki, rəsmi dairələrdə bu şirkətlərlə bağlı da antiinhisarçılıq tənzimləmələrinə dair şübhələr yaranıb.

© APA