San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.
İnsider.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının saytı məlumat yayıb.
"San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır", - deyə şuranın qərarında bildirilir.
Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.
San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.
Əlavə olaraq, ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib.
© Report.az