Nyu-York birjasında indekslər birinci rübdə şirkətlərin daha yüksək mənfəət açıqlamaları və ABŞ-da müsbət makro- iqtisadi məlumatlardan dəstək alaraq həftəyə rekordla başlayıb.
İnsider.az xəbər verir ki, "Dow Jones" indeksi 0,04% artımla 26554,39 bənd, S&P indeksi 0,11% artımla 2943,03 bənd və Nasdaq indeksi 0,19% artımla 8161,85 bənd səviyyəsindən bağlanıb.
Bu həftə ABŞ Mərkəzi Bankı faiz qərarını açıqlayacaqdır.
ABŞ Xəzinə naziri Steven Mnuchin Çin ilə davam edən ticarət müzakirələrində razılaşmağa "çox yaxın" olduqlarını ibildirib.
S&P 500 şirkətlərinin təxminən 80%-inin proqnozlardan yüksək mənfəət açıqlamaları Birjada "rallini" dəstəkləyib.
Həmçinin ABŞ-da istehlakçı xərclələri Mart ayında təxminən 10 ilin ən böyük artımını qeyd edib. Fərdi gəlirlər Martda 0.1% artaraq proqnozdan aşağı qalsa da, xərclər isə 0.9% artaraq proqnozu aşıb.
©Marja