abs-da-insana-donuz-ureyi-kocuruldu-video

ABŞ-da insana donuz ürəyi köçürüldü - VİDEO

ABŞ-da insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.

Bu barədə məlumatı “New York Times” yayıb.

Nəşr yazır ki, bu, donuz ürəyinin insana ilk uğurlu köçürülməsidir. Sözügedən əməliyyat yanvarın 7-si Baltimorda həyata keçirilib və 8 saat davam edib. 

Merilend Universitetinin tibbi mərkəzinin cərrahlarının sözlərinə görə, xəstə özünü yaxşı hiss edir. Bildirilir ki, həmin şəxs 57 yaşlı Devid Bennet adlı xəstədir. Onun həyat üçün təhlükəli ürək xəstəliyi olub və bu əməliyyat olmasa idi, onu çox güman ki, ölüm gözləyirdi.

© "Qafqazinfo"