abs-da-karantin-eleyhine-kutlevi-etirazlar-davam-edir

ABŞ-da karantin əleyhinə kütləvi etirazlar davam edir

Dallas və Şimali Karolinada onlarla insan əllərində ABŞ bayrağı və plakatlarla küçələrə çıxaraq, işə qayıtmalarına icazə verilməsini tələb ediblər.

İnsider.az xəbər verir ki, bununla bağlı RT kadrlar yayımlayıb.

Məlumata görə, Dallasda karantin mayın 15-dək uzadılıb, kütləvi yığıncaqlar qadağan edilib, müəssisələrin fəaliyyətinə məhdudiyyət qoyulub.

Bundan başqa, Kaliforniya, Pensilvaniya və karantin müddətinin uzadıldığı digər ştatlarda da aksiyalar keçirilir. Bəzi insanlar işləmək hüququ olan həkimlərə hücum etməyə başlayıblar.

Son məlumatlara görə, Birləşmiş Ştatlarda 819 175 nəfər koronavirusa yoluxub. Onlardan 45 343 nəfəri ölüb, 82 973 nəfəri isə sağalıb.

Oxu.Az