abs-da-karyera-qurmaq-niye-bezen-ele-xeyal-olaraq-qalir

ABŞ-da karyera qurmaq niyə bəzən elə xəyal olaraq qalır?

Təqdim edilən statistik məlumatlar, ABŞ-da öz karyerasına davam etməyi düşünən və yaxud da bu istiqamətdə yolun başlanğıcında olan bir çoxuna maraqlı gələ bilər.

İnsider.az bu, mövzu ilə bağlı bir neçə əsas məlumatı nəzərinizə çatdırır.

İnsanların 30%-i bunun ucuz və ya pulsuz olduğun düşünür

İlk olaraq əgər pulunuz yoxdursa və üstəlik, pul tapmağa istək, eləcə də imkanınız yoxdursa, o zaman bu işin sizin üçün olmadığını deyək. ABŞ-a qanuni köçmə, iş təminatı, hətta sponsor – işəgötürəniniz olsa belə, sizə olduqca baha başa gələcək. Rəqəmlər barədə danışanda, 10, daha yaxşısı 15 min dollar pul yığmağa hazır olun. Bu pulları mərhələ-mərhələ, 3-6 aydan 18 aya qədər müddət ərzində ödəmək lazım olacaq. Bu vəsait işəgötürən (agentliklərin xidmətləri) axtarışına, aviabiletlərə, mənzil icarəsinə və sabit əmək haqqı alana qədər ABŞ-da ilk vaxta olan (1-2 ay) şəxsi ehtiyaclara gedəcək. Bundan başqa, konsulluq işçilərinin gələcək Amerika sakinlərinin boş bank hesablarından olduqca xoşları gəlmir. Statistikaya görə, ABŞ-da iş axtarışı ilə maraqlanan insanların 30%-nin ora köçməyə imkanı olmur və onlar bunu 1-2 min dollara edə biləcəyini zənn edir.

İnsanların 70%-i ingilis dilini bilmir

Bu qəribə görünə bilər, lakin ABŞ-a köçməyə və orada iş tapmağa can atan insanların 60-70%-i ya ümumiyyətlə ingiliscə bilmir, ya da dilə 3-cü sinif səviyyəsində bələddir. Burada bunun faciə olmadığını anlamaq gərəkdir. Lakin sizin əmək haqqınız birbaşa sizin ingilis dilinizdən asılı olacaq. İstənilən ştatın hər bələdiyyə dairəsində xaricilər üçün pulsuz və ödənişli kurslar var. İstək olduqda, dilin səviyyəsini tez və ucuz artırmaq olar.

İnsanların 50%-i ABŞ-a ali təhsilsiz köçüb iş tapmaq istəyir

Ali təhsil haqda diplom ABŞ-da iş axtararkən böyük üstünlükdür. Lakin əgər siz həqiqətən ixtisasınız üzrə oxuyub, təcrübə yığıb, işləmisinizsə, diplomunuz, onun bütün təsdiq və apostillərinə baxmayaraq, qiymətləndirməyə düşəcək və, çox güman, siz öz bacarıqlarınızı imtahanlarda təsdiq etməli olacaqsınız. Lakin onlardan uğurla keçdiyiniz halda, siz yerli amerikan diplomu alacaqsınız – bu, sizin iri amerikan korporasiyaları və yüksək maaş dünyasına giriş biletiniz olacaq.

İnsanların 15%-i vətəndə iş təcrübəsi olmadan ABŞ-da iş tapmaq istəyir

Belə insanlar əmək haqqları saatına 8-15 dollar olmaqla ixtisaslaşdırılmamış işlərə (təmizlik, qablaşdırılma, çatdırılma və s.) ümid edə bilərlər. Lakin bütün problem ondadır ki, ABŞ-da bacarıq və iş təcrübəsi olmadan viza alıb qanuni fəaliyyət göstərmək olduqca çətindir. Ona görə də Amerikaya düşüb orda qalmaq üçün belələri qəti tədbirlərə (qaçqınlıq və s.) əl atmalı olur.

5% Amerikada biznesini qurmaq istəyir

Öz yerli biznesinizin Amerikada analoqunu qurmaq üçün ölkənizdə aylıq müəyyən məbləğdə "ağ" dövriyyəniz olmalıdır. Ancaq o zaman şirkətiniz işçi səviyyəsi və sayına görə müvafiq viza üçün nəzərdə tutulmuş parametrlərə uyğun gələcək.

Qızıl 1%. Bu kateqoriyaya daxilsiniz mi?

- İngiliscə əla bilirsiniz və ya onu tez lazımi səviyyəyə qaldırmağa, zəruri olduqda isə TOEFL verməyə hazırsınız?
- Peşəniz üzrə ali təhsiliniz və iş təcrübəniz var? Öz nailiyyətlərinizi sənədlərlə təsdiq edə bilərsiniz?
- Əvvəlki işəgötürənlərinizdən – iri yerli və ya xarici şirkətlərdən tövsiyələriniz varmı (və ya onları ala bilərsinizmi)?
- Öz şəxsi karyeranıza investisiya üçün vəsaiti özünüz axtarıb tapa biləcəksiniz?

Əgər cavab müsbətdirsə, onda siz H1B vizasına əla namizədsiniz! Qalanı işin texniki tərəfidir. Lakin top işəgötürən tapmağı qarşınıza məqsəd qoymusunuzsa, o zaman səbrlə gözləməyiniz məsləhətdir. Korporasiya nə qədər güclüdürsə, müsahibəni bir o qədər uzun müddət gözləməli olacaqsınız. Yarım il belə bu işdə müddət deyil. Amma... hər şey ola bilər.

Top peşələr

Əgər siz Marketoloq, IT mütəxəssis, aktual sahədə Тоp-menecersinizsə, çox güman ki, siz daha tez iş tapacaqsınız . Maliyyə və banklarda daha çətin olacaq, çünki bu sahələrdə olduqca sərt təkrar ixtisaxlaşdırma gedir. Siz yerli maliyyə idarəetmə alətlərini öyrənməli və imtahan verməli olacaqsınız. Maraqlı işi Media sahəsindəki mütəxəssislər (prodüsserlər, rejissorlar, kino və televiziya əməkdaşları) tapa bilər. Tikinti sahəsi yaxşı inkişaf edib. Siz tibb işçisisiniz? Əgər yenidən uzun və çətin təlimdən və bütün imtahanlardan keçməyə hazır deyilsinizsə peşəniz üzrə ABŞ-da iş barəsində unudun!

İş axtaranların yaşı barədə

HR nəzər nöqtəsi baxımından ən araqlı rezüme və anketlər yaşı 24-dən 35-dək olan şəxslərdən gəlir. Bu, sadəcə orta statistikadır, ancaq əgər siz bu yaş diapazonuna düşürsünüzsə, Amerikada iş tapmaq şansınız böyüyür.

Samirə Məmmədova