abs-da-koronavirusa-en-cox-kimlerin-yoluxdugu-teeccub-dogurur

ABŞ-da koronavirusa ən çox kimlərin yoluxduğu təəccüb doğurur

ABŞ-ın Nyu-York ştatında koronavirus diaqnozu qoyulan və xəstəxanaya yerləşdirilən xəstələrin 84%-nin evdən çıxmadığı məlum olub.

Ştatın qubernatoru Endryu Kuomo 100 xəstəxanadan gələn məlumatlara əsasən, koronavirusa yoluxma hallarının 63%-nin evdə, 18%-nin isə pansionatlarda qalan şəxslərdə aşkarlandığını deyib.

O, xəstəliyin kütlə içərisində daha sürətlə yayılması barədə mülahizənin sözügedən faktla uzlaşmadığını və bu səbəbdən nəticələrin təəccüb doğurduğunu bildirib.

Qubernator virusa yoluxanların çoxunun yaşının 50-dən yuxarı olduğunu deyib. Həmçinin o, bu xəstələrin əsas etibarilə qaradərili və Latın Amerikası mənşəli olduqlarını vurğulayıb.