ABŞ-da yeni növ koronavirus (Kovid-19) epidemiyasında ölənlərin sayı son 24 saatda 650 artaraq 99 min 805-ə yüksəlib.
İnsider.az xəbər verir ki, ABŞ, Kovid-19 epidemiyasında ən çox ölümün baş verdiyi ölkə olmağa davam edir.
ABŞ-da koronavurus xəstələrinin sayı isə son 24 saatda 20 min 246 artaraq 1 milyon 706 min 226-ya çatıb.
Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 590 mini ötüb. Bir gündə 100 min nəfərdən çox adamda koronavirus aşkarlanıb.
İndiyədək dünyada koronavirusdan 348 min nəfər vəfat edib.
Marja