abs-da-mehkeme-intihar-etmis-milyarderin-isini-bagladi

ABŞ-da məhkəmə intihar etmiş milyarderin işini bağladı

ABŞ federal məhkəməsi Cefri Epşteynə qarşı cinayət işini dayandırıb – milyarder seksual xidmətlərin təqdim edilməsi üçün 14 yaşlı qızların ticarətində ittiham olunurdu. Avqustda o, həbsxanada intihar etmişdi.

İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Nəşrin bildirdiyinə görə, prokurorlar məhkəmədə istintaqın davam edəcəyini bəyan ediblər. İttiham edən tərəf milyarderə qarşı işin bağlanması gələcəkdə onun mümkün şəriklərinə ittiham irəli sürməyə mane olmayacağını qeyd edib.

Xatırladaq ki, Cefri Epşteyn sutenyorluq haqda iş üzrə istintaqla 2008-ci ildəki iş birliyinə razılaşmanın təkrar baxılmasından sonra saxlanıldı. Onu ömürlük həbs cəzası gözləyirdi. Epşteyn günahını etiraf etdi və 13 ay həbs cəzası aldı.

Avqustun 10-da isə onun ölüm xəbəri yayıldı. Amerikan KİV-də onun öldürülməsi haqda məlumat dərc olunmuşdu, lakin məhkəmə tibbi ekspertləri meyitin yarılmasından sonra intihar versiyasını təsdiqləyib.

Samirə Məmmədova