ABŞ Prezidenti Co Baydenin administrasiyası meymunçiçəyi epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan olunması barədə müzakirələr aparır. Həmçinin virusun yayılması ilə bağlı mübarizə üzrə Ağ Evə koordinatorun təyin edilməsi də planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi epidemiyasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra bu məsələ həftəsonu ABŞ-ın yüksək səviyyəli səhiyyə rəsmiləri arasında müzakirə edilib.
Bir sıra siyasətçilər hesab edirlər ki, fövqəladə vəziyyət rejiminin tətbiqi virusun yayılması ilə bağlı daha dəqiq məlumat toplamağa imkan verəcək. Digərləri isə bu qərarın problemləri həll edə bilməyəcəyi qənaətindədirlər.
İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus meymunçiçəyinin yayılması ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. Avropada bu risk daha yüksəkdir. Dünyanın digər bölgələrində epidemiya orta dərəcədə risk təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 16 836 təsdiqlənmiş meymunçiçəyi hadisəsi var ki, bu da 74 ölkədə təsbit olunub.
Oxu/Az