Birləşmiş Ştatlar cümə axşamı meymunçiçəyini ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.
Bu barədə Səhiyyə və Sosial Xidmətləri naziri Xavyer Beserra məlumat verib.
Onun sözlərinə görə, indiyədək ABŞ-da 6600 xəstəliyə yoluxma halı qeydə alınıb.
Qeyd edilir ki, bu addım virusa qarşı peyvəndin istifadəsini sürətləndirəcək.