Massaçusets ştatının Marlboro şəhərinin sakini polislərə onun işdə olduğu müddətdə kiminsə girdiyini bildirib. İnsider.az bu barədə “CBS Boston”-a istinadla yazır.
Naməlum şəxs heç nə oğurlamayıb və zədələməyib. Əvəzində otaqları yığışdırıb, vanna otağını yuyub və tualet kağızından düzəldilmiş qızılgül qoyub.
Ev yiyəsi Neyt Roman evə girən kimi evdəki dəyişiklikləri hiss etdiyini deyib. Təmizləyici vasitələrin qoxusu gəlirdi. Sonra o, təmiz döşəmələri, rəfləri və vannanı görüb. Arxa həyətdə naməlum şəxs zibil torbasını saxlayıb.
Polislər amerikalının qonşularını sorğulayıblar, lakin Romanın evinin yanında heç kim yad adam görməyib. Ev yiyəsi evinin səhvən yığışdırıldığını düşünüb.
Samirə Məmmədova