ABŞ-da neft və kondensat hasilatı aprel ayında sutkalıq 12,2 milyon barrelə çatıb.
İnsider.az xəbər verir ki, bu göstərici ilə keçən ilin avqustunda ölkədə qeyd alınan 11 barrel maksimum həddi üstələnib.
Yeni rekorda Amerika Birləşmiş Ştatlarındakı iki neft vilayətləri - şişt hasilatının mərkəzi olan Texas ştatı və şelf layihələrinin cəmləşdiyi Meksika körfəzi sayəsində nail olunub. Beləki, Texas şirkətləri ümumən aprel ayında 4,97 milyon b/s, Körfəzdəki layihələr isə 1,98 milyon b/s hasilat edib.
Qeyd edək ki, aprel ayında hasilat rekordu Oklahoma şatında da qeydə alınıb - 617 min b/s.
©Trend