abs-da-neft-qazma-qurgularinin-sayi-azalib

ABŞ-da neft qazma qurğularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının (qüllələrinin) sayı bu həftə 4 ədəd azalıb.

Insider.az  xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 31 Avqust - 6 Sentyabr həftəsində bir əvvəlki həftəyə nisbətən 4 ədəd azalaraq 738-ə geriləyib.

Cümə axşamı günü 61,15 dollardan bağlanan Brent neftin barrel qiyməti dünən yekunda 60,95 dollara düşüb. Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 56,52 dollardan günü başa çatdırıb. WTI-ın barrel qiyməti əvvəlki günü 56,30 dollardan bağlamışdı.

©Marja