Corciyada (ABŞ) avtomagistralda hərəkət edən zirehli avtomobildən yola qeyri-müəyyən miqdarda pul səpələnib. Nəticədə çoxsaylı sürücülər “pul yağışı”nın şahidi olublar.
İnsider.az xəbər verir ki, hadisə Atlanta şəhəri yaxınlığındakı 285 avtomagistralda baş verib. Şahidlərin sözlərinə görə, bir çox sürücü yolda dayanaraq yerə tökülmüş pulları yığmağa başlayıb.
“Zirehli avtomobil 285 trasından qərb istiqamətində gedərkən yan qapı açılıb və qeyri-müəyyən miqdarda pul yolboyu səpələnib”, - deyə yerli polisin nümayəndəsi Robert Parsons bildirib. O, həmçinin qeyd edib ki, sürücülər götürdükləri pulları geri qaytarmalıdır.
©AZƏRTAC