abs-da-qazilan-neft-quyularinin-sayi-azalib

ABŞ-da qazılan neft quyularının sayı azalıb

ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qüllələrinin sayı bu həftə 11 ədəd azalıb.

İnsider.az xəbər verir ki, neft sahəsinə xidməti şirkəti Baker Hughes-ın həftəlik məlumatlara görə, ABŞ-dakı neft qazma qüllələrinin (qurğularının) sayı 1-7 İyun həftəsində bir əvvəlki həftə ilə müqayisədə 11 ədəd azalaraq 789-a enib. 

Cümə axşamı Brent neftin barel qiyməti 63,29 dollardan, Qərb Texas (WTI) xam neftinin də barel qiyməti 53,05 dollardan bağlanıb. Qiymətlər 2,5%-dən çox artıb.

©Marja