abs-da-sehmler-yeni-hefteye-rekord-seviyyeler-ile-baslayib

ABŞ-da səhmlər yeni həftəyə rekord səviyyələr ilə başlayıb

ABŞ-da səhmlər ABŞ-Çin ticarət danışqlarında sona yaxınlaşıldığına dair siqnallar ilə bahalaşıb.

ABŞ-da səhmlər yeni həftəyə rekord səviyyələr ilə başlayıb.

İnsider.az xəbər verir ki, bağlanışda "Dow Jones" indeksi 0,11% artıma 28036,22 bənd, S&P 500 indeksi 0,05 qazancla 3122,03 bənd və Nasdaq indeksi  0,11% artımla 8549,94 bənd səviyyələrində olub.

ABŞ şirkətlərinin səhmləri aylardır davam edən və yaxından izlənilən danışıqlara qarşı həssaslıq göstərir. Seansdakı səviyyələr Ağ Evin İqtisadi müşaviri Larry Kudlowun danışıqlarda sona yaxınlaşıldığını bildirməsi ilə yüksəlib. 

Dünən ABŞ - Çin ticarət əlaqələri cəbhəsində, ABŞ-ın Huawei-yə avadanlıq tədarük edən şirkətlərin lisenziyasını 2 həftə uzada biləcəyinə dair xəbərlər və Pekinin yaxın zamanda bir razılaşma reallaşacağına dair optimist bir rəftara sahib olmadığına dair xəbərlər yer alıb. 

Marja