ABŞ Prezidenti Co Bayden müharibə veteranlarının müalicəsini asanlaşdıran qanun qəbul edib. Bununla bağlı ABŞ-ın Nyu-York ştatında tibb işçiləri etiraz aksiyası keçiriblər. Onlar tibb işçilərinin sayının artırılmasını istəyiblər.
Tibb işçiləri Kompleks Zəhərlə Mübarizə Vədi Aktının (PACT) tətbiqindən sonra xəstəxanalardakı iş yükünün daha da artdığını bildiriblər. Onlar Bruklin şəhərindəki Veteranların İşləri Tibb Mərkəzinin qarşısında narazılıqlarını dilə gətiriblər.
Milli Tibb İşçiləri Assosiasiyasının rəhbərlik etdiyi aksiyada veteranlar üçün qanunun dəstəkləndiyi bildirilib. Lakin tibb işçilərinin müqavilə hüquqları, iş imkanları və işə götürülmə ilə bağlı problemlər həll olunmayana qədər PACT qanununun effektiv olmayacağı qeyd edilib.
“Veteranlara dəyər verən baş tibb bacısı olaraq deyə bilərəm ki, orduda vəzifə borcunu yerinə yetirmək üçün necə lazımi sayda şəxsi heyətə ehtiyac duyuruqsa, xəstələrimizə qulluq etmək üçün də kifayət qədər tibb bacısına sahib olmalıyıq”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələrindən təqaüdə çıxmış tibb bacısı Ann Mari Karlin bildirib.
Oxu.Az